May 02 2019 19:07
Views: 237

Yeni tikilən binalarda mənzil almaq istəyən vətəndaşlar çox vaxt alqı-satqının hüquqi tərəfdən narahat olurlar. Çünki indiyədək bu sahədə xoşagəlməz hallar olub. Belə halların qarşısını almaq üçün 2018-ci il iyulun 1-də Mülki Məcəlləyə dəyişiklik olunub və dünya praktikasında “Təminat qeydi” adlanan institut anlayışı daxil edilib.

 “Təminat qeydi” məsələsi Avropa ölkələrinin praktikasında geniş tətbiq olunur. Xüsusilə Almaniya hüququnda mənzillərin satışından risklərin önlənməsi, alıcıların hüquqlarının qorunması baxımından bu vasitədən istifadə olunur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə təşkil etdiyi müzakirələr məhz bu mövzuya həsr olunub. “Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusundakı tədbirdə bina ilə torpağın mülkiyyət hüquqlarının birləşdirilməsi, mənzilin haqqının hissə-hissə ödənilməsi praktikası və digər məsələlər barədə müzakirələr aparıldı. Ekspertlər mənzil almaq istəyən  vətəndaşın hüquqlarının daha yaxşı qorunmasına hesablanmış təkliflər səsləndirdilər.


Create Account



Log In Your Account