Feb 22 2019 18:00
Views: 245

Artıq müəssisələrini elektrik şəbəkəsinə qoşmaq istəyən sahibkarlar bunu 20 gün müddətində cəmi 2 prosedurla gerçəkləşdirə bilir. Təlabatı 150 kilovata qədər olan sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün sahibkarın KOB evləri, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşması kifayətdir. Bu, prezident İlham Əliyevin ötən ilin sonunda imzaladığı fərmanla tənzimlənir. Prosedurların asanlaşdırılması üçün yaradılan imkanlar Azərbaycanın beynəlxalq reytinqlərdə elektrik şəbəkəsinə qoşulma göstəricilərinə əsasən irəliləməsinə imkan yaradıb.

Yanvar ayı ərzində 240 movcud və inşa edilməkdə olan tikinti obyekti elektrik şəbəkəsinə qoşulub. Qoşulma haqları 2018-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərarla tənzimlənir və mövcud şəbəkə anlayışına əsasən 400 metr məsafədə olan obyektin güc mərkəzlərinə qoşulması həyata keçirilir. Xidmətin keyfiyyətinin öyrənilməsi, eyni zamanda sahibkarların məmnunluğunun təmin olunması məqsədilə onlarla müvafiq qurum nümayəndələri arasında görüşlər keçirilir.

Ötən ilin sonunadək “Azərişıq” ASC  güc mərkəzində sərbəst güclərin olub olmamasına dair interaktiv xəritə yayımlayırdı, lakin son düzəlişdən sonra bu məsələ öz aktuallığını itirib. Belə ki, enerji təchizatı müəssisəsi sərbəst gücün olub-olmamasından asılı olmayaraq 400 m məsafədə yerləşən sahibkarlıq subyektlərini elektrik şəbəkəsinə qoşulmasına görə məsuliyyət daşıyır. Bu məqsədlə Sahibkarlarla görüşlər keçirilir, yeni qaydaların tətbiqi ilə bağlı onların qarşılaşdıqları problemlər öyrənilir.

 

 


Create Account



Log In Your Account