Apr 05 2019 18:14
Views: 147

Hesablama Palatası 2018-ci ildə müəyyən etdiyi nöqsanlar 8 əsas istiqamət üzrə təsnifləşdirilib. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı palatanın sədri Vüqar Gülməmmədov bildirib. Onun sözlərinə görə, ötən il 714 halda nöqsan aşkar edilib, bunlar büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları üzrə yol verilən nöqsanlardır. 2018-ci ildə ümumilikdə 23,3 milyon manat vəsait büdcəyə  bərpa edilib.

“22,3 milyon manat, 52,2 min avro, 225,6 ABŞ dolları və 27,4 İsveç frankı məbləğində vəsaitin büdcəyə bərpası təmin olunub. 904,7 min manatın DSMF büdcəsinə bərpası təmin olunub. Ümumilikdə manat ifadəsində bərpa edilmiş vəsaitin məbəlğu 23,3 milyon manat təşkil edir. Aparılmış nəzarət audit tədbirləri ümumilikdə 9,3 milyard manat vəsait əhatə olunmuşdur ki, bunun da 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil edir”.

Hesablama Palatasının keçirdiyi audit tədbirlərinin 38-i Bakıda, 13 respublikanın ayrı-ayrı şəhər və rayonarında, 2-i isə xarici ölkələrdəki səfirliklərdə aparılıb. Deputatlar qeyd etdilər ki, neçə illərdir eyni nöqsanlara yol verən qurumlar ciddi cəzalandırılmalıdır.

Sonra iclasda “Standartlaşdırma haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev bildirdi ki, ölkəmizdə bir çox sahədə köhnə standartlar tətbiq olunur. Ona görə də qanunda Milli Standartlaşdırma qurumunun yaradılması, tamamilə yeni beynəxalq standartlara keçidin təmin olunması nəzərdə tutulub. Deputatlar  bu prosesin mümkün qədər tez aparılmasını məqsədəuyğun hesab etdilər.

Qeyd olundu ki, beynəlxalq standartların tətbiqi Azərbaycana keyfiyyətsiz mal və məhsulların gətirilməsinin qarşısını alacaq. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Create Account



Log In Your Account