Jan 08 2020 19:18
Views: 271

Ötən il Azərbaycanın əsas xam neft brendi olan "Azeri Light"ın orta qiyməti təxminən 67 dollara yaxın olub. Bu barədə SOCAR-dan məlumat verilib. Daha dəqiqi, 2019-cu ildə Azərbaycan neftinin bir barreli çatdırılma nöqtəsində ortalama 66 dollar 79 sentə satılıb. Ötən ildə dünyada neftin orta qiymətinin əvvəlki illə müqayisədə aşağı olması Azeri Light-a da təsirsiz ötüşməyib və 2018-ci illə müqayisədə təxminən 9% ucuzlaşıb. 2018-ci il üzrə Azeri Light neftinin ortalama satış qiyməti $73,3 təşkil edirdi. Amma yenə də Azərbaycan xammalı digər neft markaları ilə müqayisədə bahadır. SOCAR ötən il Azərbaycan neftinin ən yüksək və ən aşağı qiymətlərini də açıqlayıb. İndi dünya bazarında digər neft markaları kimi AzəriLaytın da qiyməti artmaqdadır. SOCAR-ın öz imkanları ilə hasil etdiyi neftin böyük hissəsi Azərbaycanda emal olunur və daha sonra daxili bazara yönləndirilir. İxrac olunan neft isə əsasən Azəri-Çıraq-Günəşli konsorsiumu tərəfindən hasil olunur və həmin neftdən əldə edilən mənfəətin dövlətə aid olan payı Dövlət Neft Fondunda cəmləşir və idarə olunur. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti indiyədək ən aşağı qiymətə 2001-ci ilin dekabrında satılıb, həmin vaxt bir barel 19 dollar 15 sentə düşüb. 2008-ci ilin iyulunda isə AzəriLaytın qiyməti maksimuma yüksələrək 149 dollar 66 sent olub.


Create Account



Log In Your Account