Jul 29 2019 18:35
Views: 85

2018-ci ildə Azərbaycanda viruslu hepatit diaqnozu ilə 307 nəfər qeydə alınıb. Onlardan 183-ü kişi, 124-ü isə qadınlardır. Hepatit virusu aşkarlananların 18 nəfəri 18 yaşadək, 289 nəfəri isə 18 və yuxarı yaş qrupuna aid olan şəxslərdir. Onlardan biri də Şəki sakini Məhərrəm İsgəndərovdur. 43 yaşlı Məhərrəm İsgəndərov hepatit B virusunun daşıyıcısı olduğunu öyrənəndə virus nəinki onun qaraciyərini, hətta digər həyati vacib orqanlarını da sıradan çıxarıbmış.

Yoluxma səbəbinin qan təmasından olduğunu dəqiq bilsə də, ailədə kimsənin bu virus daşıyıcısı olmadığını deyir. Bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyası əməliyyatı keçirən Məhərrəm artıq tam sağlamdır. Virusların vaxtında aşkarlanmadığı halda yaratdığı fəsadlar da ağır olur. Cərrah transplantoloq Mircəlal Kazımı deyir ki, son 10 ildə qaraciyər və böyrək transplantologiyalarının yarısı və 3-də 1-I B və C virusunun xroniki fəsadlarının nəticəsində ortaya çıxır. 

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilmələri və müalicələrinin təşkili daxildir. Eyni zamanda 2008-ci ildən ölkəmizdə hepatit B və C virusunun xroniki kəskinləşməsi nəticəsində qaraciyər və böyrək transplantologiyası sahəsində uğurlu işlər həyata keçirilib. 11 ildir bu transplantologiya əməliyyatları çox sayda insanların həyatının xilas olunması ilə nəticələnib. Bu gün müzakirə olunan vacib məsələlərdən biri orqan transplantologiyası sahəsinda qanuna dəyişikliklərlə bağlıdır.

Dünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planet əhalisinin hər üç nəfərindən biri, yəni, 2 milyarda yaxını hepatitdən əziyyət çəkir. Hər il dünyada 1,5 milyon insan hepatit B və C virusundan dünyasını dəyişir.


Create Account



Log In Your Account