Nov 16 2019 17:31
Views: 107

1995-ci ildən qeyd olunan tolerantlıq gününün məqsədi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Tolerantlıq günü UNESCO-nun yaradılmasının 50 illiyi münasibətilə təsis edilib.

Tolerantlıq günü Azərbaycanda da hər il qeyd olunur. Ölkəmizdə əsrlər ərzində formalaşmış tolerantlıq və multikulturalizm ənənələri, həm xalqın həyat tərzi, həm də dövlət siyasəti kimi bu gün dünyada örnək model hesab olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirir ki, Azərbaycanda bu günün qeyd olunmasının özünəməxsus cəhəti var.

Rəvan Həsənov bildirir ki, bu gün Azərbaycan multikulturalizmi regionda və dünyada sabitliyə, təhlükəsizliyə, etnomədəni müxtəlifliyin qorunmasına, mədəniyyətlərin dialoquna qarşı yönəldilmiş bir çox təhdidlərə layiqli cavabdır. Bu addımlar sırasında “Bakı prosesinin” mühüm əhəmiyyəti var. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan həmin proses Azərbaycanı növbəti dialoq məkanına çevirməklə yanaşı, dövlətimizin sülh və əməkdaşlıq səylərini bir daha dünyaya tanıdıb.


Create Account



Log In Your Account