Oct 26 2019 16:42
Views: 1412

Azərbaycanda bütün torpaq–iqlim zonalarını əhatə edən 50-dək torpaq növü var. Bu növlərə aid nümunələr ölkəmizdəki yeganə Torpaq muzeyində saxlanılır. Azərbaycan Milli Elmlər Akademiyasının  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində yaradılan bu muzey 2003-cü ildən fəaliyyətdədir.

Muzeydə Abşeronda və digər ərazilərdə neftlə çirklənmiş torpaqların nümunələri də saxlanılır. 13 min hektar ərazini əhatə edən bu torpaqların çirklənmə səviyyəsi müxtəlifdir. Ümumilikdə ölkə ərazisində iqlim qurşağına uyğun fərqli torpaq tipləri yayılıb.

Muzeydə torpaq nümunələri ilə yanaşı, ayrı-ayrı minerallar, gübrələr, aqrokimyaçılar, bioloqlara aid materiallar, Azərbaycan alimlərinin kitabları da nümayiş etdirilir. Muzeydə saxlanılan nəşrlər arasında Azərbaycanın milli atlası daha çox diqqət cəlb edir. Burada əsrlər öncə Azərbaycanın əhatə etdiyi ərazilərə dair qədim xəritələr, qədim mənbələrə əsasən maraqlı məlumatlar yer alıb. Muzeyə giriş sərbəstdir. Gələcəkdə muzeyin daha da genişləndirilməsi, eksponatların sayının artırılması planlaşdırılır.

 


Create Account



Log In Your Account