Jan 05 2019 18:11
Views: 386

Azərbaycanda torpaqların idarə edilməsində daha bir innovativ üsuldan   istifadə olunacaq.  Bunun üçün yeni Peyk Müşahidə Sistemi yaradılıb. Layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsi, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatının aparılmasında süni intellektin imkanlarından istifadə edilməsidir.

Peyk müşahidə sistemi eyni zamanda torpaqların şoranlaşması, su hövzələrinin  və meşə fondunun çəkilişlərini apara biləcək. Ərazilərdə dəqiq  çəkilişlərin aprılması üçün  dron aparatlarından da istifadə ediləcək. Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə baxış keçiriləcək və müəyyən olunan qanun pozuntuları müvafiq tədbirlər görüləcək.

Peyk Müşahidə Sisteminin imkanlarından Kənd Təsərrüfatı Nazirliyi,Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də yararlana biləcək. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account