Jan 13 2021 18:22
Views: 206

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ötən ilin bütün ölkələr üçün çətin keçdiyini, lakin pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, Azərbaycanın üzləşdiyi müharibədən qələbə ilə çıxdığını bildirib. Rövnəq Abdullayev Fransadakı siyasi dairələrin ölkəmizə qaşı bitərəfliyini qoruya bilməyib, qərəzli mövqe nümayiş etdirdiklərinə görə Azərbaycanın haqqlı etirazını qonaqların da diqqətinə çatdırıb. TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti ötən il birgə layihə çərçivəsində bütün fəaliyyətlərin itkisiz və təhlükəsiz şəraitdə həyata keçirildiyini və bunun mühüm nailiyyət olduğunu bildirib. TOTAL-ın tam özəl bir şirkət olaraq, Fransa dövləti ilə hər hansı bağlılığının olmadığı qeyd edib. Həmçinin, şirkətin Azərbaycana və birgə həyata keçirilən “Abşeron” layihəsinə sadiq qaldığını vurğulayıb. Daha sonra TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim olunub. Kristin Mari Hili əmək fəaliyyəti dövründə müxtəlif aparıcı şirkətlərdə çalışıb, son illərdə isə TOTAL şirkətində fəaliyyət göstərib. Görüşdə neft-qaz bazarlarının inkişaf perspektivləri və “Abşeron” yatağında həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. SOCAR prezidenti qeyd etmişdir ki, müxtəlif ölkələrin aparıcı şirkətləri Azərbaycanın yeni qaz yataqlarının işlənməsinə xüsusi maraq göstərir. Son dövrdə qaz bazarında vəziyyətin yaxşılığa doğru dəyişməsi, ötən il qiymətlərin kəskin düşməsindən sonra, bu il təbii qazın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi qaz biznesinin dayanıqlığına dəlalət edir. TOTAL-ın kəşfiyyat və hasilat üzrə prezidenti qeyd edib ki, dünyada demoqrafik artımla bağlı olaraq yaxın onilliklərdə enerjiyə tələbat artmaqda davam edəcək. TOTAL-ın proqnozlarına əsasən 2050-ci ilə qədər enerji istehlakında neft və qazın payı 50 faizdən aşağı düşməyəcək.Birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində 2022-ci ildə ilk qazın hasilatına başlanılması əsas hədəf kimi qeyd olunub. Bunun üçün ötən il dənizə yola salınan platformanın üzərində bu il ərzində üç üst modulunun SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilib quraşdırılması nəzərdə tutulur. Hasil olunacaq qazın nəqli “Neft Daşları” üzərindən layihələndirildiyinə görə, hazırda Neft Daşlarında müvafiq modifikasiya işləri davam etdirlir. Görüşdə yatağın işlənməsinin növbəti mərhələləri ilə bağlı müxtəlif məsələlər də müzakirə olunub. Həmçinin digər layihələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account