Jul 14 2020 18:14
Views: 248

Azərbaycan İsrail Beynəlxalq Assosiasiyası Azərbaycanın Tovuz rayon istiqamətində cəbhə bölgəsində erməni tərəfinin təxribatı nəticəsində yaranan hərbi qarşıdurmanı şiddətlə qınayır. Təşkilatın yaydığı açıqlamada deyilir ki, 1994-cü ildə əldə olunan atəşkəsə baxmayaraq, bütün cəbhə boyu erməni tərəfinin təxribatları davam edir. Nəticədə isə hərbi qulluqçularla yanaşı, həm də cəbhəboyu yaşayış məntəqələrinin dinc əhalisi həlak olur. Qurum İsraildə yaşayan azərbaycanılar adından dünya birliyinə müraciət edib və beynəlxalq təşkilatlardan insanların həyatını riskə atmamaq üçün Erməni Silahlı Qüvvələrinin dinc əhaliyə qarşı aqresiyasını dayandırmağı tələb edib. 

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Ermənistan silahlı qüvvələrinin son təxribatını pisləyən məqaləsi bu ölkənin nüfuzlu informasiya mənbələrində dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyi də cəbhədə baş verən təxribat və gərginlik barədə Azərbaycanın haqlı mövqeyinin daha geniş auditoriyaya çatdırılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə  CBC-yə açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbov danışıb.


Create Account



Log In Your Account