Jun 05 2019 19:57
Views: 881

Bu gün Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Hər il bir deviz altında keçirilən bu günün cari ildəki şüarı “Havanın çirklənməsinə qarşı mübarizə”dir.
Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərin səmərəli istifadəsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Bu gün bütün dünyada atmosferin çirklənməsində 70-80% avtomobillərin payına düşür. Buna görə Azərbaycanda da bu istiqamətdə tədbirlər görülür.
Bu istiqamətdə 2011-ci ildən fəaliyyətə başlayan İDEA İctimai Birliyinin fəaliyyətini qeyd etmək olar. İctimai birliyin  Azərbaycanda elektromobillərin istifadəsi ilə bağlı həyata keçirdiyi layihə, bu tipli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrinin yaradılması ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi baxımından mühüm addım sayılır. 
Ətraf mühit və onun komponentlərinin qorunması məqsədilə ötən il Qızılağac Milli Parkı yaradılıb.


Create Account



Log In Your Account