Jun 10 2019 18:54
Views: 276

Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat layihələri Azərbaycanın tranzit mövqeyini möhkəmləndirir. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, nəqliyyat sahəsinin inkişafı böyük əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq, sərgidə dövlət orqanları ilə yanaşı özəl sektorun da iştirakı gözlənilir.

Sabah start götürəcək sərgidə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçılar bir araya gələcək.


Create Account



Log In Your Account