Jun 11 2019 19:17
Views: 408

“Son illər ölkədə nəqliyyat sektorunun inkişafına böyük önəm verilir. Bunun üçün nəhəng regional layihələr həyata keçirilir”. Bunu 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib. Qeyd edib ki, bu layihələr tranzit potensialının gücləndirilməsinə və nəqliyyatın təhlükəsizliyinin təmininə xidmət edir.
“TransCaspian” və “Road & Traffic” sərgilərinin rəsmi açılış mərasimindən sonra ziyarətçilər sərgi pavilyonları ilə tanış olublar. Sərgilərdə 10 ölkədən 75 şirkət iştirak edir. Burada Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus və bir sıra digər ölkələri təmsil edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər.
Hər iki sərgi xarici şirkətlərə yerli bazarla əlaqə yaratmaq, Azərbaycan şirkətlərinə dünya bazarına çıxmaq, yeni tərəfdaşlar və dilerlər tapmaq, həmçinin mövcud layihələri genişləndirmək üçün imkanlar yaradır. Sərgilər iyunun 13-dək davam edəcək.

 


Create Account



Log In Your Account