Sep 16 2020 18:23
Views: 307

Yaxın vaxtlarda azərbaycanlı turistlər türkdilli ölkələrə daha az məbləğ xərcləyərək səyahət etmək imkanı əldə edəcəklər. Bu, Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması sayəsində mümkün ola bilər. Bunu CBC-yə müsahibəsində Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov deyib. Onun sözlərinə görə, təşkilatının yaradılması kifayət qədər sərfəli qiymətlərin ortaya çıxmasına səbəb olacaq. Üstəlik, turistlər Avropadakı kimi dəmiryolu vasitəsi ilə bir turpaketlə bir neçə ölkəyə səyahət edə biləcəklər. Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılması ilə bağlı türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.


Create Account



Log In Your Account