Sep 30 2019 13:33
Views: 340

Vaşinqtonda ən məşhur festivallardan biri olan 17-cı türk festivalı keçirilib. Festival Pensilvaniya prospektindəki Azadlıq plazada Ağ Evdən qısa bir məsafədə təşkil olunub. festival Vaşinqtonun ətrafında yaşayan on minlərlə sakini və şəhərin turistlərini özünə cəlb edib.
Vaşinqton Amerika Türk Cəmiyyətinin təşkil etdiyi builki festivalın mövzusu Türkiyənin cənubunda yerləşən Hatay vilayətindəki Antakya şəhərinin multikultural tarixinə həsr olunub. CBC-nin Vaşinqton bürosuna müsahibəsində festivalın əsas təşkilatçısı olan Amerika-Türkiyə Assosiasiyasının başçısı Sitki Kazancı bildirib ki, bu ilki festival türk, amerikalı və türk dilli xalqlarının tərəfdaşların dəstəyi ilə təşkil edilib. festivalda Türkiyə ilə yanaşı türkdilli xalqların, o cümlədən Azərbaycanın xalqının mədəniyyətini tanıtmağa başlayıblar.
Festival ziyarətçiləri həmçinin türk mətbəxinin ləziz nümunələrini, ənənəvi türk qəhvəsini dadmaq, özlərini səs-küylü şərq bazarında hiss etmək imkanı qazanıblar.  çox sayda rəssam və sənətkarlar öz əl işləri ilə tədbirə xüsusi rəng qatıb. Festivala Vaşinqton və ətrafında yaşayan digər türkdilli xalqların nümayəndələri də böyük həvəslə qatılıblar.
Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Cənubi Amerika, Yaxın Şərq və Mərkəzi Asiya xalqların rəqsləri ifa edilib. 
Festivalın repertuarına Karagöz və Hacivat ənənəvi kölgə tamaşası daxil edilib. Tədbirin bir hissəsi olaraq, Türkiyənin müxtəlif zəngin mədəni irsini vurğulamaq məqsədilə rəngli kilimlər və xalçalar nümayiş etdirilib.


Create Account



Log In Your Account