Apr 24 2019 14:23
Views: 399

Bura “Türk odası” adlanır. 2004-cü ildə Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan mərkəzin yaradılmasının əsas məqsədi müstəqillik dövründə Türk xalqları ədəbiyyatı və mədəniyyətinin geniş araşdırılması, tədrisi və təbliğdir.

Yaradılmasının 15 illiyi münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin əməkdaşları “Türk odası”nı ziyarət etdilər. Eləcə də, Türk araşdırmaları elmi-tədqiqat mərkəzi və TÜRKSOY kafedrası ilə tanış oldular.

“Türk odası”nın yubileyi münasibətilə keçirilən tədbirdə 15 illik yola nəzər salındı. Bildirildi, bu qurum Türk Ocaqlar Birliyi, TİKA və digər təşkilatlarla da sıx əməkdaşlıq edir. Bu illər ərzində bir sıra uğurlar əldə edən qurum universitetə medallar gətirib. Daha böyük uğurlar üçün yeni layihələr üzərində işlənilir.


Create Account



Log In Your Account