Oct 14 2019 19:20
Views: 226

İclasdan əvvəl nazirlər arasında ikitərəfli görüşlər keçirildi. Sonra Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının üzvləri ailə fotosu çəkdirdilər. Nazirlər qurumun Şərəf dəftərinə ürək sözlərini yazdıqdan sonra qarşılıqlı müzakirələr başladı. Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının görüşündə mühüm mesajlar səsləndi. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlardan danışdı. Türkiyə XİN başçısı bildirdi ki, ölkəsi terror təşkilatları ilə bağlı mübarizədə istənilən addımı atmaqda qətiyyət nümayiş etdirəcək.
.Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nazirlər toplantının ortaq iş birliyinin inkişafına mühüm töhfə verəcəyindən əminliklərini bildirdilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd etdi ki, 10 il ərzində Türk Şurası Türkdilli Dövlətlər arasında hərtərəfli, qarşırıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün səylər göstərib. Qurum bölgədə sülhün qorunmasında, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, ümumi maraq doğuran bütün sahələrdə, o cümlədən ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasında, regional və ikitərəfli əməkdaşlığın təşviq edilməsində bir dayaq olduğunu sübut edib. Nazir bildirdi ki, Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək. Çıxış edənlər   iştirakçı ölkələr arasında iqtisadi-ticarət və digər sahələrdə əlaqələrin daha da inkiaf etdirilməsinin önəmini qeyd etdilər.
Toplantıda Macarıstana Türk Şurasının Mədəni İrs Fondunda müşahidəçi statusunun verilməsi barədə qərar qəbul edildi. Nazirlərin görüşündən sonra keçirilən mətbuat konfeansında müzakirə edilən məslələr əldə olunan razılaşmala haqqında məumat verildi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  Baş katibi Bağdad Amreyev  sabah baş tutacaq zivə toplantısı haaqında danışdı. Xatırlatdı ki, Türk Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə ilk dəfə Özbəkistan qurumun tamhüquqlu üzvü kimi iştirak edəcək. Dövlət başçılarının iştirakı ilə keçiriləcək Zirvə Görüşündə qəbul ediləcək Bəyannamədə Birgə İnvestisiya Fondunun yaradılması da daxil edilib.  Sonra jurnalistlərin sualları cavablandırıldı.
Görüşdən sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, TÜRKSOY-un Baş katibinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı olub. qonaqlar inzibati binada yaradılan şəraitlə tanış olub, türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə dair sərgiyə baxıblar.


Create Account



Log In Your Account