Oct 03 2019 19:43
Views: 272

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Bu fikir Türk Şurasının Naxçıvan sazişinin imzalanmasının 10 illiyi ilə əlaqədar Bakıda keçirilən konfransda səsləndirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev qeyd edib ki, türkdilli dövlətləri ortaq tarix, mədəniyyət və ortaq dil birləşdirir. Buna görə təşkilat siyasi və iqtisadi əməkdaşlıqdan əlavə, mədəni və digər sahələrdə əlaqələrə də böyük diqqət ayırır. Konfransda bu və digər sahələrdəki əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. 
Ötən dövr ərzində Türk Şurası 14 fərqli sahədə fəaliyyət göstərib, nazirlər səviyyəsində 60 iclas keçirilib. Bundan əlavə, 28 konfrans, forum, peşə təhsili proqramı və gənclik düşərgələri təşkil edilib. 30-a yaxın müqavilə imzalanıb.  Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına üzv olmağa qərar verib.
Xarici işlər nazirinin müavini  Ramiz Həsənov regionda sülhün bərqərar olmasnda Türk Şurasının rolundan danışıb. Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzin ilə Türkiyənin Strateji Araşdırmalar Mərkəi bə Macarıstanın Xarici Əlaqələr və Ticartə İnstitutu arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbirdə Türk Şurasının institutlaşmasının qarşısındakı problemlər və perspektivlər, həm də üzv dövlətlər arasında əməkdaşlığı gələcək perspektivləri müzakirə edilib. 
Qeyd edək ki, oktybarın 14-15-də Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçiriləcək. Toplantıdan öncə Şuraya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü də baş tutacaq.


Create Account



Log In Your Account