Oct 09 2019 21:18
Views: 198

Oktyabrın 15 də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşliq Şurasının toplantısında Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin də iştirakı gözlənilir. Bunu   Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın Bakıda keçirilən  iclasında Qazaxistanin energetika naziri Kanat Bozumbayev deyib. Onun sözlərinə görə sammitdə bir sıra mühüm qərarların verilməsi gözlənilir.
Türkdilli Dövlətlərin Əməkdaşliq Şurası və ya Türk Şurasının yaradılması təşəbbüsü 3 oktyabr 2009-cu ildə Naxçıvanda türkdilli ölkələrin zirvə görüşündə irəli sürülüb. Əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir. Bakıda keçiriləcək sammitdə şuraya daha bir daimi üzvün, Özbəkistanın qəbul olunacağı gözlənilir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyevin sözlərinə görə Özbəkistanın şuraya daimi üzv qəbul olunması qurumun mövqeyinə də təsir edəcək.
Ekspertlər hesab edir ki, Özbəkistanın bu quruma üzv olması, ölkənin rifahına təsir edəcək. Və Avropaya çıxış asanlaşdıracaq.
Mütəxəssislər hesab edir ki, Türk şurasının Avropaya doğru genişlənmə planları da genişdir. Bu istiqamətdə Macarıstan əhəmiyyətli rol oynaya bilər.
Türkdilli Dövlətlərin Əməkdaşliq Şurasının Bakıdakı sammiti Naxçıvan razılaşmasının 10-cu ildönümünə təsadüf edir.  Bu baxımdan zirvə görüşünə Azərbaycanın ev sahibliyi etməsi həm də rəmzi məna daşıyır.


Create Account



Log In Your Account