Oct 15 2019 17:16
Views: 267

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti bir az öncə öz işinə başlayıb.  Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir. Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanacağı, Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar veriləcəyi gözlənilir. Toplantıda çıxış edən Qırğızıstan prezidenti Sooronbay Jeenbekov quruma sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.


Create Account



Log In Your Account