Oct 14 2019 17:30
Views: 255

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib. Nazirlərin bu görüşü oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurasının genişlənməsinin önəmini vurğulayıb. Qeyd edib ki, Özbəkistanın Türk Şurasına üzv olması tarixi addımdır.Türkiyəli nazir qeyd edib ki, Özbəkistanın bu addımı Türk Şurasını daha da gücləndirəcək. Toplantıda çıxış edən Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov deyib ki, BMT Baş Assambleyasında Türk Şurasına müşahidəçi statusunun verilməsi istiqamətində iş davam edir. Nazir bildirib ki, TÜrk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.


Create Account



Log In Your Account