Aug 24 2019 17:44
Views: 229

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin zərbxanası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan xatirə pulları buraxıb. Bu təşəbbüslə Azərbaycanın Türkiyədəki səfirliyi çıxış edib.

Məlum olduğu kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi nəzərə alınaraq, 2019-cu il “Nəsimi ili” elan edilib. Bu baxımdan Türkiyədəki səfirliyimiz də bir sıra tədbirlər keçirir. Səfirliyin təşəbbüsü ilə Türkiyə Respublikasının Xəzinə və Maliyyə Nazirliyinin zərbxanası tərəfindən Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu hazırlanıb.

Səfirliyin müşaviri Ramil Qurbanov CBC-yə açıqlamasında bildirib ki, bu, səfirliyin Türkiyədə “Nəsimi ili” çərçivəsində gördüyü tədbirlərdən sadəcə biridir. Eyni zamanda, sonuncu olmayacaq.

Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunan xatirə sikkəsi bürünc materialdan hazırlanıb. Xatirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunun 650. Yılı” yazısı, arxasında isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb. Ümumilikdə 5 min xatirə pulunun buraxılması nəzərdə tutulub. Kolleksiyaçılar bu pulları asanlıqla əldə edə bilərlər.

Xatirə pulları 2021-ci ilin avqustuna qədər tədavüldə olacaq. Nominal dəyəri 2 lirə yarım olan sikkələri zərbxananın rəsmi saytından 40 lirəyə almaq mümkündür. 


Create Account



Log In Your Account