Feb 16 2019 15:05
Views: 345

Azərbaycan Xalça Muzeyində Turkmənistan və Azərbaycan arasında  mədəni - humanitar  sahədə əməkdaşlığın  genişləndirilməsi  və fəallaşdırılması çərçivəsində  sərgi keçirilib.Nümayişdən öncə  sərgidə  iştirak edən qonaqlara Türkmənistan milli rəqsləri təqdim olunub.  
Sərgidə  türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq  sənayesi məhsulları nümayiş olunub.Qonaqlara xalçalar  və onların üzərindəki naxışlar haqqında məlumat verilib. Türkmənistanın dövlət  xalça muzeyində qorunan,  əl işləri olan  müxtəlif rəngli və naxışlı  xovlu xalçalar türkmən xalqının yaranma tarixini, onun fəlsəfəsini  və dünya görüşünü özündə əks etdirir.
Türkmən xalçaları və toxuculuq məhsulları  dünyada  öz xüsusi gözəlliyinə və rəngarənliyinə görə seçilir. Sərgidə  nümayiş olunan  toxuculuq məhsulları  Türkmənistanda istehsal olunan  pambıq və ipəkdən hazırlanıb.Azərbaycan xalçaları ilə də tanış olan Türmənistanın xalça ustaları  iki ölkənin toxuculuqda oxşar tərəflərinin çox olduğunu deyib.
Sərgidə  Türkmənlərin milli mədəniyyətinin tərkib hissəsi olan  milli  zərgərlik məmulatları da nümayiş olunub.Öz xüsusi gözəlliyi, zərifliyi ilə seçilən, xalq sənətkarlarının hazırladığı yüzə yaxın nadir bəzək əşyası da xalçalar kimi maraqla qarşılanıb. Sərgi fevralın 18-dək  davam edəcək .


Create Account



Log In Your Account