Sep 20 2018 19:09
Views: 1270

Qırğızıstan və Azərbaycan arasında sadəcə diplomatik yox, mehriban və əsl qardaşlıq əlaqələri mövcuddur. Bunu Azərbaycanda səfərdə olan Qırğızıstan parlamentinin sədri Dastanbek Cumabekov müsahibəsində bildirib. Səfər zamanı Türkdilli ölkələrin Parlament Assambleyasını ziyarət edən spiker burada iki ölkə arasında əlaqələrin rəmzi kimi ağacəkmə mərasimində iştirak edib, həm də 8-ci plenar sessiyasının hazırlıq işləri ilə tanış olub. 
“Ölkələrimiz arasında iqtisadi  ticari əlaqələr ildən-ilə inkişaf edir. Hazırda illik ticarət dövriyyəsi 5 milyon dollara yaxındır. Amma bu, azdır, artırmaq lazımdır. Bunun üçün həm resurslarımız, həm də potensialımız var. Bizim birgə təmsil olunduğumuz TÜRKPA kimi təşkilatımız var. Bu qurumun fəaliyyəti türkdilli ölkələrin birliyinin göstəricisidir. Biz bu potensialdan lazımi yerdə, beynəlxalq arenada istifadə etməliyik,  hər yerdə bir-birimizi dəstəkləməliyik. Biz daim birlikdə olmuşuq, olacağıq da”.


Create Account



Log In Your Account