Oct 30 2019 14:08
Views: 131

Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə xalqı və dövləti həmişə Azərbaycanın yanında olub. Bunu Milli Məclisin sədri Oqtay Əsədov Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib. Türkiyənin Dağlıq Qarabağ barədə siyasətinin açıq və birmənalı olduğunu bildirən spiker  deyib ki, xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb.  Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdıran spiker Oqtay Əsədov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb.

Azərbaycan və Türkiyə xüsusilə təhlükəsizlik və ərazi bütövlüyü məsələsində hər zaman bir-birini dəstəkləyib. Hər iki ölkə arasında etibarlı dost və qardaş münasibətlərin inkişafına rəvac verir.

Qeyd olunub ki, bu gün Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir. Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi ölkəmizin regionda gücünü artırır.


Create Account



Log In Your Account