Jul 25 2019 18:46
Views: 364

Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi sentyabrın 1-dən ləğv ediləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da tvitter səhifəsində məlumat təsdiqləyib. Bildirib ki, bu il sentyabrın 1-dən etibarən Azərbaycana gələcək Türkiyə vətəndaşlarının viza almayacaqlar. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri leyla Abdullayeva CBC-yə açıqlamasında bildirb ki, xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Prezidenti  İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir.

Leyla Abdullayevanın sözlərinə görə Türkiyə Xarici İşlər Nazirliyi viza tələbinin ləğvi ilə bağlı məlumatlandırılıb.

Azərbaycan Respublikası ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu müvafiq qanunlarla tənzimlənir.  Qeyd edək ki, Türkiyə tərəfi Azərbaycan vətəndaşlarına viza rejimini təktərəfli şəkildə 2007-ci ildə ləğv edib. Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür.


Create Account



Log In Your Account