Aug 31 2019 19:06
Views: 219

Sentyabrın 2-də Azərbaycanda “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri başlayır. Təlimlərdə MiQ-29, F-16, Su-25, “Kasa” təyyarələri,mütəlif növ helikopterlərdən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək. Təlimlərdə Türkiyədən böyük nümayəndə heyəti iştirak edir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin göstəricisi olan təlimlər Azərbaycanın düşmənlərini narahat edir. 
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, TurAz qartalı hərbi aviasiya təlimləri bu müttəfiqliyin möhkəmlənməsinə öz töhfəsini verəcək.  
Millət vəkili qeyd edir ki, bu təlimlər həm də bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının daima dərinləşəcəyinə dair xüsusi mesajı çatdırır. Bir qayda olaraq, rəsmi Yerevan belə təlimlərdən çox narahat olur. Onlar bu cür əməkdaşlığın guya Ermənistana təhlükə yaratdığını bidlirirlər. Halbuki, təlimlər zamanı Azərbaycan və Türkiyə yalnız öz ərazi bütövlüyünün qorunması üzrə sınaqlar keçirirlər. 
TurAz qartalı təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək. Təlimlər sentyabrın 16-dək davam edəcək.


Create Account



Log In Your Account