Oct 04 2019 19:41
Views: 252

Ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib. Lakin heç şübhəsizdir ki, bu təsisat özünün ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə nail olub. 
Bu sözləri Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov  “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib. Bildirib ki, 1998-ci ildə, islahatların növbəti mərhələsində qəbul edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ da daxil olmaqla, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Konfransda iştirak edən Türkiyə Vəkillər Birliyinin sədri Metin Feyzioğlu iki ölkənin hüquq müdafiəsi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsinin önəmindən danışıb. Bildirib ki, Azərbaycan hansı məsələdə yardım istəsə, Türkiyə Vəkillər Birliyi buna hazırdır. O cümlədən, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsində Türkiyə Azərbaycan Vəkillər Kollegiyasının istənilən müraciətinə müsbət cavab verəcək.


Create Account



Log In Your Account