Sep 02 2019 18:38
Views: 167

Azərbaycanın viza rejimini ləğv etməsi Türkiyə vətəndaşlarının sevincinə səbəb olub. Viza almadan, sərbəst şəkildə ölkəmizə gələn qardaş ölkə vətəndaşları bundan çox məmnun olduqlarını bildirirlər. Vizasız rejimdən ilk istifadə edən Türkiyə vətəndaşları fikirlərini CBC-yə açıqlayıblar. 
Artıq ötən gündən qüvvəyə minən qaydalara görə, Azərbaycana 30 gün müddətədək gələn Türkiyə Respublikasının vətəndaşlarından viza tələb olunmur. Bu qərarın iki ölkə arasında münasibətlərə yeni bir təkan verəcəyi gözlənilir.

 


Create Account



Log In Your Account