Jun 10 2019 19:10
Views: 404

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq. Türkiyə milli komandası Keflavik Hava Limanında problemlə üzləşib. Komanda üzvləri pasport nəzarətindən keçərkən 2 saat saxlanılıb, futbolçuların çantaları səbəbsiz yerə dəfələrlə yoxlanılıb. Yalnız bundan sonra komanda pasport nəzarətindən keçib.

Həmçinin, Türkiyə millisinin kapitanı Əmrə Bələzoğlu açıqlama verərkən islandiyalı azarkeşlərdən biri ona qarşı təhqiramiz hərəkət edib.

Türk futbolçular yalnız bu xoşagəlməz hadisələrdən sonra otelə yollana bilib.

Türkiyə Xarici İşlər Nazirliyi milli komandaya qarşı bu hörmətsizlikdən sonra İslandiyaya nota verib. Norveçdəki Türkiyə səfirliyi vasitəsilə İslandiya rəsmi qurumlarına çatdırılan notada baş vermiş hadisə pislənir və komanda üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunur. Türkiyənin Oslodakı səfiri də araşdırmalar üçün İslandiyanın paytaxtı Reykyavikə yola düşüb. Qeyd edək ki, İslandiya-Türkiyə oyunu sabah baş tutacaq.

 


Create Account



Log In Your Account