Jun 04 2019 18:02
Views: 577

Ramazan bayramının bu gün qeyd olunduğu ölkələrdən biri Türkiyədir. Burada səhər erkən saatlarından insanlar məscidlərə axışıb. Ölkənin ən böyük məscidi hesab olunan İstanbuldakı Çamlıca məscidində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da bayram namazı qılıb. Məscidin həyətində də yüzlərlə insan namaz qılıb.

Rusiyada da hər zaman olduğu kimi bir çox müsəlmanlar bayram namazını Moskvanın küçələrində qılmalı olublar. Paytaxtın Sobornıy məscidinə toplaşan çox sayda müsəlman bir-biri ilə bayramlaşıb. Məscidin içərisinə və həyətinə sığmayan insanlar isə küçələrdə namaz qılıb. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Rusiya prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. Bildirib ki, Rusiya müsəlman təşkilatları Rusiya xalqlarının birləşməsinə töhfələrini verir.  Putin Rusiyanın müsəlman icmasının ölkənin həyatında aktiv iştirak etməyə davam edəcəyinə və fəaliyyəti ilə Rusiyanın tarixi, mədəni və mənəvi irsinin qorunmasına töhfə verəcəyinə əminliyini vurğulayıb. Prezident ölkə müsəlmanlarına sülh və rifah arzu edib.


Create Account



Log In Your Account