Aug 30 2018 18:18
Views: 452

Böyük Zəfərin 96-cı ildönümü çərçivəsində keçirilən ilk tədbir Ankarada Anıtkabirdə baş tutub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, digər dövlət rəsmiləri və vətəndaşlar 30 Avqust - Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələr Günü münasibətilə Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.
Paytaxt Ankara ilə yanaşı, İstanbul və İzmirdə, həmçinin Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayram tədbirləri keçirilir. 
Zəfər Bayramı Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. Həmin vaxt böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılığı ilə aparılan hərbi əməliyyat uğurla yekunlaşıb. 1922-ci ilin 26 avqustunda başlayan müqavimət 30 avqustda Dumlupınarda qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi" ilə başa çatıb. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq torpaqların geri alındığı gün kimi qeyd olunur. Rəsmi olaraq bayram 1936-ci ilin may ayında elan olunub. 30 avqust Türkiyədə qeyri-iş günüdür.


Create Account



Log In Your Account