Mar 26 2020 14:32
Views: 146

“Kim deyirsə ki, mən xəstələnməyəcəyəm – elə ilk olaraq həmin adam xəstələnəcək”. Bunu Türkiyədə fəaliyyət göstərən tibb elmləri doktoru, professor, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü Adil Allahverdiyev CBC-yə Skype müsahibəsində bildirib.

Professor qeyd edib ki,  bütün dünyada olduğu kimi Türkiyədə də durum kritikdir. Virusdan yalnız özünütəcrid tədbirləri və immuniteti gücləndirməklə qalib gəlmək olar. Çünki virusa qarşı dərmanın nə vaxt hazırlanacağı, orqanzimin dərmana necə reaksiya verəcəyi, virusun özünü necə aparacağı bəlli deyil.

“Ön cəbhədə dövlət, arxa cəbhədə xalq olmaqla hər kəs həmrəy olub önləmə tədirlərinə riayət etməlidir” deyə professor A.Allahverdiyev bildirib. 


Create Account



Log In Your Account