Jul 26 2019 19:40
Views: 111

Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qardaş ölkədə böyük sevinc və coşğu ilə qarşılanıb. Bu barədə CBC-nin “Xəbərlər” buraxılışının qonağı olan millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, bu qərarla bağlı Türkiyədən çox xoş mesajlar alır. 
Q.Paşayeva bu qərarın Türkiyədən Azərbaycana gələnlərin, xüsusilə də turistlərin sayının artmasına birbaşa təsirini göstərəcəyindən əmindir. 
“Bu qərar qardaşlığın, birliyimizin mesajı oldu. Bu mesaj sadəcə Türk dünyasına ünvanlanmayıb. Bu mesajın əsas hədəfi bizlərə düşmən kəsilən güclərə yönəlib”.


Create Account



Log In Your Account