Oct 04 2019 19:36
Views: 202

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində tanınmış türkiyəli şair Tuğrul Tanyolla görüş keçirilib. Bakı Kitab Mərkəzinə toplaşan azərbaycanlı oxucular onun yaradıcılığı ilə tanış olublar. Qeyd edilib ki, Türkiyənin tanınmış şairlərindən olan Tuğrul Tanyol Yeditəpə Universitetinin dosentidir. İndiyədək 10 şeir kitabı çapdan çıxıb. Bakıya ilk dəfə gələn şair Azərbaycanın ədəbiyyat nümayəndələri ilə tanış olduğunu deyir.
Türkiyəli şairin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib. O, 2017-ci ildə “Premio Europa in Veri” mükafatına layiq görülüb. Şeir haqqında esseleri “Yaxşı şeir koalisiyası”, “Şeirin şəcərəsi” adlı kitablarında toplanıb. Şeirləri Azərbaycan dilinə də tərcümə edilib.
Sonda Tuğrul Tanyol Azərbaycan oxucularına öz şeirlərini söyləyib.


Create Account



Log In Your Account