Dec 19 2018 17:31
Views: 331

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına  beynəlxalq aləmin göz yumması qəbuledilməzdir. Türkiyə Milli Hüquq Dərnəyinin rəhbəri Muhammed Emən Özkurt bu fikirdədir. Dağlıq Qarabağ münaqişəsi zamanı sıravi azərbaycanlıların hüquqlarının tapdandığını qeyd edən hüquqşünas dünya birliyinin bu məsələyə laqeydliyindən narazıdır.
Muhammed Emen Özkurtun fikrincə, Azərbaycan beynəlxalq hüquq müstəvisində apardığı mübarizədə Türkiyənin yardımına güvənə bilər. Türkiyəli hüquqşünas Mikayıl Hasbek isə 4 il öncə Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə hüquqlarının təmin olunması məsələsində türk dünyasının birliyinin əhəmiyyətini qeyd edib.
Dilqəm Əsgərov və  Şahbaz Quliyev 2014-cü il iyulun 11-də öz ata-baba yurdlarında əzizlərinin məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedib və orada Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüb. İşğal altındakı Dağlıq Qarabağda Ermənistan və separatçı rejim azərbaycanlı girovlar üzərində qanunsuz “məhkəmə” qurub. Qanunsuz “məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilib. Azərbaycan Dilqəm 
Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılması, onlara işgəncə verilməsi və digər qanun pozuntuları ilə bağlı Avropa Məhkəməsinə müraciət edib.


Create Account



Log In Your Account