Oct 15 2019 15:51
Views: 305

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan türk və türkdilli icmaların nümayəndələri Ağ evin qarşısına toplaşaraq, Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək vermək məqsədilə aksiya keçiriblər. Aksiyada “YPG-PKK terrorçu təşkilatlardır”, “Biz Türkiyə ordusunu dəstəkləyirik”, “PKK uşaq qatilləridir” şüarları səsləndirilib. Türk fəalları Ağ evin qarşısını qırmızı-ağ rəngləyərək, Türkiyənin bu savaşda tək olmadığını bəyan ediblər.Separatçı terror təşkilatına qarşı şüarlar səsləndirən aksiya iştirakçıları ABŞ rəhbərliyini terror təşkilatı YPG-PKK-ya dəstəyini kəsməyə çağırıblar.Aksiya iştirakçıları qeyd ediblər ki, İŞİD yaraqlıları ilə mübarizədən sui-istifadə edən PKK həmin ərazidəki Suriya şəhərlərini yerli əhali olan türkmənlərdən və ərəblərdən təmizləmə kampaniyasına başlayıb. Qarşı tərəfdən YPG-PKK bayrağını qaldıran bir neçə şəxs təxribata çalışıb, lakin polisin müdaxiləsi ilə gərginliyin qarşısı alınıb.Tədbirdə türklərlə yanaşı,Azərbaycan və digər türk icmalarından nümayəndələr iştirak edib.


Create Account



Log In Your Account