Apr 29 2019 14:42
Views: 362

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Bu günlərdə Bakıda olan azərbaycanlı alım “Terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi” mövzusunda elmi məruzə ilə çıxış edib. Azərbaycanlı alimin əsas elmi tədqiqat istiqaməti insan və heyvanların yoluxucu xəstəliklərlə mübarizəsi üçün vaksinlərin, enzimlərin, o cümlədən xərçəngə qarşı terapevtik zülalların əldə olunmasıdır. O, müxtəlif ixtiraları sayəsində kompleks rekombinant zülalları yaşıl bitki yarpaqlarında uğurla sintez edib.

Tərlan Məmmədov dünyada ən sürətli gen sintezinin texnologiyasını hazırlayan alimdir. Şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiyanın patentinin müəllifi və yeganə ixtiraçısıdır.Ölkəmizi Türkiyə, ABŞ və Yaponiyada təmsil edib. 2014-cü ildən Türkiyə hökümətinin dəvəti ilə Antalya Akdeniz Universitetində fəxri professor kimi elmi tədqiqatlarını davam etdirir.

Alimin yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Onun bu və digər mühüm ixtiraları yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb və 2019-cu ilin martında nüfuzlu “PLOS ONE” jurnalında dərc olunub. Alimin yeni innovasiya məhsullarının Azərbaycanda da sınağının keçirilməsi, eləcə də tətbiqi nəzərdə tutulur.


Create Account



Log In Your Account