Mar 05 2019 14:51
Views: 323

Türkiyənin “TRT World” kanalında Dağlıq Qarabağ münaqişəsinə aid ingilis dilində sənədli film nümayiş etdirilib. “Qara Bağ: Azərbaycan və Ermənistan savaşı” adlı sənədli film münaqişənin tarixindən və indiki durumundan bəhs edir.

Filmin çəkilişləri zamanı müəllif Qubai Şahbandar Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yollanıb. Burada azərbaycanlı hərbçilərlə görüşüb, cəbhədəki durum haqqında onların fikirlərini təqdim edib.

Sənədli filmdə Xocalı faciəsinin tarixindən, soyqırım zamanı baş verən dəhşətlərdən də danışılır. Burada soyqırımda yaxınlarını itirən şəxslərlə müsahibələr yer alıb. Yasəmən Həsənova qırğın gecəsi başına gələnlərdən danışıb, Nail Həsənov Xocalıların xilası uğrunda aparılan döyüşlərdən bəhs edib.

Sərhəd bölgəsi ilə yanaşı, Azərbaycanın digər rayonlarında, Şəhidlər Xiyabanında, dövlət qurumlarında olan filmin müəllifi münaqişənin həlli, danışıqların gedişi haqqında beynəlxalq ekspertlərin – Aleksandr Duqin, Oleq Kuznetsov, Sergey Markovun rəylərini də təqdim edib. Eyni zamanda, ABŞ-dakı Azərbaycan sfiri Elin Süleymanovun, həmçinin bu ölkədəki Ermənistan səfirinin müsahibələri verilib. Tomas Qolts və digərlərin münaqişə ilə bağlı Filmdə Ermənistanda inqilab  nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın mövqeyi, danışıqların irəliləməsi üçün son aylar atılan addımlardan danışılıb.

Qeyd edək ki, Xocalı soyqırımının ildönümündə Türkiyənin “TRT WORLD” kanalı Azərbaycanın haqq davasına dair silsilə verilişlər də nümayiş etdirib.


Create Account



Log In Your Account