Apr 16 2019 14:12
Views: 373

Ölkənin yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 41 kilometr uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, layihəyə uyğun olaraq 3-cü texniki dərəcəli avtomobil yolunun 17-41-ci kilometrlik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Cari ildə isə təmir-tikinti işləri yolun 0-17-ci kilometrlik hissəsində aparılıb.Yenidənqurma işlərinin aparıldığı 17 kilometrlik hissənin təqribən 4 kilometri Tərtər şəhərinin ərazisinə düşür.


Create Account



Log In Your Account