Jul 10 2019 13:04
Views: 569

“Köçkünlərlə bir gün: heç kəs diqqətdən kənarda qalmır”. Tərtər rayonunun Şıxarx qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük  probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib. Çıxış edənlər Azərbaycanda məcburi köçkün və qaçqınların hüquqularının qorunması istiqamətində görülən işlərdən danışşıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda  mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını vurğulayıb.  Xatırladıb ki, ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə BMT-nin qəbul etdiyi qətnamələr hələ də icra olunmayıb. Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün ardıcıl və məqsədyönlü iş aparıldığını bildirİb.
Beynəlxlalq təşkilatların və dövlət qurumlarının nümayəndələri Kəlbəcərli məcburi köçkünlərin məskunlaşdığı Həsənqaya kəndində də olublar. Məcburi köçkünlər dövlətin qayğısından razıdırlar lakin onların ən böyük gözləntisi doğma torpaqlarına qayıtmaqdır.
Ermənistanin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. Onlar respublikaının müxtəlif bölgələrində, o cüblədən cəbhəyanı rayonlarda müvəqqəti məskunlaşıblar.


Create Account



Log In Your Account