Nov 04 2019 18:56
Views: 124

Adi istifadə olunmuş qida yağından nə düzəltmək olar? Sən demə, belə yağdan tam fərqli shələrdə işlənə biləcək çoxlu məhsul hazırlamaq olar. Bütün dünyada belə praktika mövcuddur. Azərbaycan da bu baxımdan istisna deyil. Yerli şirkətlərdən biri tullantı qida yağlarının effektiv isifadə yolunu tapıb. Hələlik bu şirkətin yeganə müəssisəsi Balaxanı sənaye parkında yerləşir.

 

Kommersiya maraqlarından savayı, şirkətin qurucusu həm də ətraf mühitin mühafizəsi işinə öz töhfəsini vermək istəyir. Emin İlyas əmindir ki, ölkədə bu cür müəssisələrin sayı getdikcə artmalıdır.

 

Ətraf mühitə fayda verməklə yanaşı, istifadə olunmuş məhsulların təkrar emalı həm də digər sahələrin xüsusilə qida sahəsinin xeyrinədir. İctimai iaşə obyektlərinin sahibləri qida yağının həm ətraf mühit, həm də bizneslərinə fayda verdiyini bildikdə, onun istifadəsinə daha diqqətlə yanaşacaq. 

 


Create Account



Log In Your Account