Sep 30 2019 21:17
Views: 327

Lazımsız metal parçalar, plastik torbalar, xırda metal pullar və digər əşyalar sənət əsərlərinə çevrilib. Sayca 8-ci dəfə təşkil olunan “Tullantıdan sənətə” sərgisi bu dəfə böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. 
Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunur.  Onlar arasında Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri var.
Əsərlər “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda tamaşaçılara təqdim olunur. Müəlliflərin Nəsimi yaradıcılığına fərqli və maraqlı yanaşmaları onların işlərində də özünü göstərir.  
Layihə Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery" incəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir."Tullantıdan sənətə" sərgisi 2010-cu ildən etibarən təşkil olunur. 2015-ci ildən Qala qəsəbəsində "Tullantıdan sənətə" muzeyi də fəaliyyət göstərir.


Create Account



Log In Your Account