Jun 27 2019 19:43
Views: 255

Azərbaycanda turizm sahəsi üzrə yeni qurum - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaradılıb. Yeni ictimai qurumun yaradılmasında məqsəd sahibkarlar və dövlət qurumları arasında sıx əlaqələr formalaşdırmaq və möhkəm körpü yaratmaqdır. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Assosiasiyanın Bakıda keçirilən ilk assambleyasında bildirib ki, turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizminin yaradılmasına zərurət var. Qeyd edib ki, Assosasiya mövcud potensialı inkişaf etdirmək, xidmət sahəsinin keyfiyyətini artırmaq üçün güclü platforma rolunu oynayacaq. 
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid  bildirb ki, məqsəd çətinlikləri aradan qaldıraraq əlverişli şəraitdən istifadə edib turizmi inkişaf etdirməkdir. O, Rusiya və İrandan gələn turistlərin sayının artırılmasının vacibliyini söyləyib. 
Dövlət Turizm Agentliyi dövlət reyestrinin yaradılması üzərində iş aparır. Turistlərin problemlərinin dinlənilməsi və həll edilməsinə kömək etmək üçün turizm polisinin yaradılması da nəzərdə tutulur. Həmçinin, turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərinin vahid mərkəzdən idarə olunması üçün "Qaynar xətt"in yaradılması nəzərdə tutulur.


Create Account



Log In Your Account