Apr 04 2018 18:32
Views: 473

Sabah Bakıda 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi öz işinə başlayacaq. Ayrelin 7-dək davam edəcək sərgi Azərbaycanın turizm sənayesində əsas tədbirlərdən hesab olunur. Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. Ümumilikdə tədbirdə 20 ölkədən 300-ə yaxın şirkətin iştirakı gözlənilir. Onlardan bir çoxu ilk dəfə sərgiyə qatılacaq.
Beynəlxalq sərgidə Azərbaycanın daxili turizm potensialı da nümayiş etdiriləcək.
Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək. Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru da geniş təqdim olunacaq. İştirakçılar istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmət təklifləri ilə də tanış ola biləcəklər.


Create Account



Log In Your Account