Apr 11 2019 18:41
Views: 406

1992-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi, 613 nəfərin, o cümlədən qadın, uşaq və qocaların vəhşicəsinə qətlə yetirildiyi  Xocalı soyqırımı haqqında indi dünyanın bir çox ölkələri məlumatlıdır. Dünya ictimai rəyində ermənilər haqqında “əzabkeş xalq” imici yaratmağa çalışan Ermənistanın təbliğat maşını uğursuzluğa düçar olur. Şərqi Avropanın müstəqil televiziya kanalı olan TV21 Xocalı soyqırımı haqqında hazırladığı sənədli oçerkdə Rusiyada və Ermənistanın özündə Xocalı soyqırımına münasibətin dəyişməsinə erməni təbliğatçılarının reaksiyasından bəhs edilir.

Filmdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Ermənistan ordusunun dinc sakinlərə əl qaldıra bilməyəcəyi barədə stereotipi sındırmaq üçün Xocalı soyqırımının həyata keçirildiyi barədə dedikləri də öz əksini tapıb.

Bundan başqa digər sabiq prezident Robert Köçəryanın “ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə” irqçi fikirlərinə də toxunulub. Köçəryanın həyat yoldaşının “Ermənistanın qan bankı” istisnasız olaraq erməni milliyyətindən olanların qanından formalaşdırılmalıdır” fikri də tənqid olunur.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov qeyd edib ki bu cür nasist fikirlər yolverilməzdir. O, Ermənistanın Baş naziri Nikol Paşinyanı Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş Serj Sarkisyanın məhkəmədə cavab verməsi üçün tədbirlər görməyə çağırıb.

“Yeni Baş nazir Ermənistanın keçmiş rəhbərlərini 2008-ci ilin 1 martında baş vermiş və 10 nəfərin ölümün səbəb olan hadisələrə görə cinayət işinin qaldırılması üçün təşəbbüs göstərib. İndi isə bütün gücü ilə Sarkisyanın bu cinayətdə iştirakını sübut etməyə və onu həbsxanaya – Köçəryanın yanına göndərməyə çalışır. Əgər Paşinyan həqiqətən ədalət naminə mübarizə aparırsa, onda qoy, Sarkisyanı 613 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımına görə həbs etdirsin. Bunun üçün vaxt itirməyə və hüquqi əsas axtarmağa da ehtiyac yoxdur, Sarkisyan özü bu cinayəti törətdiyini etiraf edib».

TV 21-in Xocalı soyqırımı haqqında hazırladığı sənədli oçerkə CBC efirində saat 18.00 xəbərlərindən sonra baxa bilərsiniz. 


Create Account



Log In Your Account