Oct 12 2018 15:04
Views: 366

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqland çıxış edib. Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynov baş katibə Ermənistanın qanunsuz olaraq 4 ildir girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı sual verib. Bildirib ki, bu şəxslər 2014-cü ildə öz dogma torpaqlarında ata-analarının məzarlarını ziyarətə gedərkən qanunsuz olaraq həbs edilib. Digər azərbaycanlı Həsən Həsənov isə vəhşicəsinə qətlə yetirilib. Baş katib məsələni diqqətdə saxladığını bildirib.


Create Account



Log In Your Account