Jan 21 2021 18:57
Views: 242

Prezident İlham Əliyev bu il Şuşada “Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı tapşırıq verib. Mədəniyyət naziri Anar Kərimov artıq bununla bağlı işlərə başlanıldığını bildirib. “Xarı bülbül” musiqi festivalı ilk dəfə 1988-ci ildə Ağdamda keçirilib. Növbəti festival isə bir il sonra məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunub və beynəlxalq səviyyədə baş tutub. O illərdə Ağdam rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş Çimnaz Əliyeva deyir ki, həmin günlərdə Ağdamda əsl musiqi bayramı yaşanırdı. Bu festival təkcə Azərbaycanda deyil, bütün dünyada nüfuzlu və rəngarəngli musiqi tədbiri kimi tanınırdı. Mayda keçirilən “Xarı bülbül” beynəlxalq festivalına Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İtaliya və digər ölkələrdən, eləcə də keçmiş Sovet respublikalarından musiqiçilər qatılıb. Xalq artisti Qədir Rüstəmovun ifasında “Sona bülbüllər” mahnısı “İmarət”ə yığılmış minlərlə insanı, xüsusən də qonaqları heyran edib. 30 ildir həmin günlərin həsrətini çəkən Çimnaz Əliyevanın indi ən böyük arzusu Ağdamda, Şuşada musiqi festivallarımızın, çal-çağırlı, toylu-büsatlı günlərimizin bərpa edilməsidir.


Create Account



Log In Your Account