May 07 2019 18:58
Views: 398

Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin işğalına həsr olunan “Həsrət” adlı bədii tədbir keçirilib. Azərbaycan Xalça Muzeyinin və Şuşa Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Şuşa Dram Teatrının, Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edib. Şuşaya aid müxtəlif səhnəciklər, bədii ədəbi kompozisiyalar nümayiş etdirib. 27 il düşmən əsarətində olan Şuşanın tarixi memarlıq abidələrinin dağıdılması, şəhərin erməni vandaliziminə məruz qalması ürək ağrısı ilə yad edilib. Şuşa şəhərindən işğaldan sonra çıxarılması mümkün olan, mədəni irs nümunələrimiz olan xalçalar nümayiş etdirilib.

Şuşanın işğalı “Şuşanin dağları qara dumanlı” adlı sənədli filmin nümayiş ilə də yad edilib. Bildirilib ki, bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının etnik təmizlənməsi başa çatdırılıb. Şuşanın işğalından sonra bu ərazilərdə azərbaycanlı əhali qalmayıb.  

Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən işğal edilib. İşğaldan əvvəl 300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə azərbaycanlılardan ibarət 24.900 əhali yaşayıb. Ermənistanın təcavüzü nəticəsində yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. 8 mədəniyyət evi, 14 klub, 20 kitabxan, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki məhv edilib.


Create Account



Log In Your Account