Oct 17 2018 18:26
Views: 336

“I wanna be like you”, yaxud “Sənin kimi olmaq”…Yeniyetmə ifaçı Fidan Hüseynova  “Uşaq Avrovisiyası-2018” müsabiqəsində Azərbaycanı məhz bu mahnı ilə təmsil edəcək.  Müsabiqənin  şərtlərinə görə, təmsilçilər öz mahnılarının yazılmasında fəal iştirak etməlidirlər. Mahnının musiqisini Azərbaycanın tanınmış bəstəkarı İsa Məlikov Fidanla birgə bəstələyib. Yeniyetmə ifaçının sözlərinə görə, mahnıda anasına xitab edərək hər şeydə ona oxşamaq istədiyini bildirir. Musiqi əsəri iki dildə səsləndirilir-azərbaycan və ingilis.
13 yaşlı Fidan Hüseynova dəfələrlə Azərbaycanı müxtəlif müsabiqələrdə təmsil edib. 2016-cı ildə onun adı Azərbaycanın gənc istedadları barədə yazılan “Qızıl kitaba” daxil edilib və prezident təqaüdünə layiq görülüb.  2017-ci ilin martında «Testene Art Baku». Beynəlxalq İncəsənət Festivalında 1-ci yer tutub.  Qeyd edək ki, “Uşaq Avroviziyası-2018” müsabiqəsi noyabrın 25-də Minskdə keçiriləcək. Tədbirdə 20 ölkənin yeniyetmə ifaçıları iştirak edəcək.


Create Account



Log In Your Account